Bu gün kişilər arasında voleybol üzrə Yüksək Liqada VI turun bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Ordu" klubu “Neftçi” ilə üz-üzə gəlib. Fövləqadə Hallar Nazirliyinin idman zalında keçirilən oyunda "Ordu" klubu qələbə qazanıb - 3:1 (25:22, 25:21, 18:25, 25:16).
Tura dekabrın 13-də yekun vurulacaq.


