Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, London "Çelsi"si "Stemford Bric"də "Everton"u qəbul edib.
Oyun "zadəganlar"ın qələbəsi ilə yekunlaşıb -2:0.
Enzo Marsekanın komandası qələbə sayəsində xallarının sayını 25-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. "Everton" isə 24 xalla 7-cidir.


