
Bakı Olimpiya Stadionuna qazonun döşənməsi İngiltərənin "SIS Pitches” şirkəti tərəfindən gerçəkləşdiriləcək. Mərkəzi ofisi Meriport şəhərində yerləşən bu şirkətlə müvafiq müqavilə imzalanıb. "SIS Pitches” artıq 2 sahəyə - əsas və məşq sahələrinə qazon çəkilib. Hər iki qazon təbii örtükdən ibarətdir.
Şirkətin Şərqi Avropa ofisinin rəhbəri İlyas Kobal qeyd edib: "Bakıda baş tutacaq bu layihə ilə bağlı işlər davam edir. Avropa Oyunları - 2015-in keçirilməsi mühüm idman hadisəsidir. Belə stadionun təşkilində "SIS Pitches” şirkətinin iştirakı Avropada nüfuzunun genişləndiyini təsdiq edir”.
Məlum olduğu kimi, 68 min tamaşaçı tutumu olan Olimpiya stadionunda 2015-ci ildə Avropa Olimpiya Oyunları keçiriləcək. Həmçinin, burada Azərbaycan futbol yığmasının mühüm görüşləri və digər tədbirlərin də keçirilməsi planlaşdırılır.