Vinisius Junior "Real"la yeni müqavilə bağlamağa hazırlaşır  

Vinisius Junior "Real"la yeni müqavilə bağlamağa hazırlaşır  

Madrid "Real"ı braziliyalı hücumçu Vinisius Junior ilə ayrılmaq istəmir.

Olimpnews.az Jurnalist Arantxa Rodrigezin verdiyi məlumata istinadən xəbər verir ki, "Real" rəhbərliyi hələ də Vinisiusun parlaq gələcəyinə inanır. Ona yaxın günlərdə yeni müqavilə təklif olunacaq. 25 yaşlı futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarında başa çatır. Transfermarkt hücumçunun dəyərini 150 milyon avro olaraq qiymətləndirir.