Qadın futbolçular şagirdlərlə görüşüblər

Qadın futbolçular şagirdlərlə görüşüblər

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri 189-190 saylı məktəbin şagirdləri ilə görüşüblər.
Görüşə AFFA U-12 Liqasının və Məktəbli qızlar turnirinin iştirakçıları olan şagirdlər qatılıblar.
Tədbir zamanı xatirə fotoları çəkilib, məktəbə xatirə hədiyyələri təqdim olunub.
Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və əməkdaşları, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları Milana Rəhimova, Sara Səlimova və Mədinə Çuruqova iştirak ediblər.
Tədbir çərçivəsində şagirdlərlə söhbətlər olub, qadın futbolunun inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.