Konqo və Seneqal Afrika Millətlər Kubokuna üç xalla başladı 

Konqo və Seneqal Afrika Millətlər Kubokuna üç xalla başladı 

Mərakeşdə təşkil olunan futbol üzrə Afrika Millətlər Kubokunda daha bir oyun keçirilib.

Olimpnews.az xəbər verir ki, günün növbətii oyunu D qrupunun iştirakçıları olan Konqo və Benin yığmaları arasında olub. 

Oyun Konqo millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolu müəllifi 18-ci dəqiqədə fərqlənən konqolu fubbolçu Teo Bonqonda olub. 

Qrupun digər oyununda isə Seneqal millisi Botsvanaya 3:0 hesabı ilə qalib gəlib.