"Topçular" yenidən liderliyi ələ keçirdi

"Topçular" yenidən liderliyi ələ keçirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, Londonun "Arsenal" klubu doğma meydanda "Brayton"u qəbul edib. Oyun "topçular"ın qələbəsi ilə başa çatıb -2:1. Bununla da çmpionluq uğrunda mübarizə aparan Mikel Artetanın komandası yenidən liderliyi ələ keçirib. 

"Arsenal" klubu hazırda 42 xalla birincidir. Londonlular ikinci pillədə qərarlaşan "Mançester Siti"ni 2 xal qabaqlayır. "Brayton" isə 24 xalla 12-cidir.