Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niko Şlotterbek Madrid "Real"ının diqqət mərkəzinə düşüb.
Olimpnews.az "Madrid Universal"ın məlumatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu klubda mərkəz müdafiəçisi üçün namizədlər siyahısında liderdir. Niko Şlotterbeklə maraqlanan klublar arasında "Bavariya", "Barselona" və digər Avropa nəhəngləri də var.
"Transfermarkt" mütəxəssisləri onun dəyərini 55 milyon avro ilə qiymətləndirirlər.


