"Aston Villa"nın hücumçusu Morqan Rocers cari mövsümün sonunda Birmingemi tərk edəcək.
Olimpnews.az xəbər verir ki, nüfuzlu insayder Fabrizio Romanonun sosial mediada paylaşdığı məlumata görə,
"Çelsi" 23 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Morqanın transfer dəyəri Transfermarkt portalında 70 milyon avrodur. Onun "Aston Villa" ilə hazırkı müqaviləsi 2031-ci ilin iyun ayının sonunda bitir.


