İtaliyanın "Napoli" klubu Argentinanın "Boka Xuniors" klubuna İtaliyada Maradonanın xatirəsinə həsr olunmuş yoldaşlıq oyunu barədə təklif göndrib. Olimpnews.az Argentinanın "Ole" nəşrinə istinadən xəbər verir ki, görüşün 2026-cı ilin yayında keçirilməsi nəzərdə tutulsa da, tarix dəyişə bilər. İtaliya yığması futbol üzrə dünya çempionatına vəsiqə əldə etsə, bu zaman klubun ən yaxşı oyunçuları həmin matçda iştirak etməyəcək.
Xatırladaq ki, Maradona 1984-cü ildən 1991-ci ilə qədər "Napoli"də oynayıb.
Napoli" "Boka Xuniors"la yoldaşlıq oyunu keçirə bilər


