Lerikdə yunan-Roma güləşi üzrə rayon turniri keçirilib. Şəhər 3 saylı tam orta məktəbinin idman zalında "31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə uşaq və yeniyetmələr arasında təşkil olunan turnirdə 4 çəki dərəcəsində 22 idmançı qələbə uğrunda mübarizə aparıb.
Qalib gəlmiş idmançılar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.
Lerikdə yunan-Roma güləşçiləri üz-üzə gəliblər


