Çelenc Kuboku: "Xilasedici" bu gün səfərdə cavab oyunu çıxacaq

Çelenc Kuboku: "Xilasedici" bu gün səfərdə cavab oyunu çıxacaq

Bu gün kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çıxacaq.

Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün Belçikada yerli "Lindemans" kollektivinin qonağı olacaq.

Oyunun start fiti Bakı vaxtı ilə saat 23:30-da səsləəcək. 

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun rəqibin qələbəsi ilə yekunlaşmışdı -0:3.