Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.
Kişilərin yarışında VIII turdan təxirə salınmış matçda "Azerreyl" və "Xilasedici" komandaları üz-üzə gələcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyunun start fiti saat 17:00-da səslənəcək.
Qadınların mübarizəsində isə IX turun iki qarşılaşması təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.
Hər iki oyun saat 17:00-da başlayacaq. İlk oyun "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında keçiriləcək.


