Gənclər və idman naziri Sportaccord Beynəlxalq Konvensiyasının iclasında iştirak edir
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 7-də Türkiyə Respublikasının Antalya şəhərində işə başlayan Sportaccord Beynəlxalq Konvensiyasının növbəti illik sessiyasında iştirak etmək üçün bu ölkəyə səfər edib. Sessiya çərçivəsində beynəlxalq idman federasiyalarının prezidentləri və baş katibləri, idmanla əlaqəli şirkətlərin rəhbərləri ilə görüşlər və müzakirələr keçiriləcək. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası, yay və qış Olimpiya oyunları beynəlxalq federasiyalarının baş assambleyaları, idman assosiasiyalarının müstəqil üzvləri birliyinin plenar iclası və digər görüşlər təçkil ediləcək.
Tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı sərgi təşkil olunacaq və oyunların təqdimatı keçiriləcək.
Sessiya öz işinə aprel 10-da yekun vuracaq.