Dubaydan bürünc medal sorağı

Dubaydan bürünc medal sorağı



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paralimpiyaçılar arasında pouerliftinq üzrə dünya çempionatı keçirilir. Çempionatda Azərbaycan millisi də mübarizə aparır. Yarışda idmançımız Elşən Hüseynov 107 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.