Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turun matçında Azərbaycanın "Baku Fires” klubu Polşada yerli "Hussars Poland” komandasının qonağı olub. A qrupunda 1-ci yeri özünə təmin etmiş komandamız səfərdə inamla qələbə qazanıb. 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə WSB liqasında ikinci döyüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə polşalı Silvester Kozlovskini məğlub edib. "Baku Fires”in gənc üzvlərindən Məhəmmədəli Ukayev liqadakı ikinci görüşündə qalib gəlib. Nikolay Veselov və Ramazan Məhəmmədov isə cari mövsümdə üçüncü qələbələrini qazanıblar. Abdulqadir Abdullayevin Mateuş Malujda üzərində texniki nokautla qələbəsi yadda qalan olub.
Döyüşlərin nəticələri:
"Hussars Poland” - "Baku Fires”
54 kq. Silvester Kozlovski (Polşa) - Elvin Məmişzadə (Azərbaycan) - 49:46, 47:48, 46:49.
61 kq. Adil Aslanov (Polşa) - Məhəmmədəli Ukayev (Azərbaycan) - 45:50, 45:50, 47:48.
73 kq. İreneuş Zakrzevski (Polşa) - Nikolay Veselov (Belarus) - 44:50, 44:50, 44:50.
85 kq. Mixal Qerleçki (Polşa) - Ramazan Məhəmmədov (Azərbaycan) - 44:50, 44:50, 44:50
+91 kq. Mateuş Malujda (Polşa) - Abdulqadir Abdullayev (Azərbaycan) - texniki nokautla Abdullayev qalib gəlib
"A” qrupunun digər görüşündə Rusiya komandası doğma divarlar arasında "Mexico Guerrero”su 5:0 hesabı ilə məğlub edib. Əlcəzairin "Desert Hawks” klubu isə Argentinada "Argentina Condors”un qonağı olacaq.
Turnir cədvəli:
1. "Baku Fires” - 27 xal (10 matç)
2. "Mexico Guerreros” - 19 (10)
3. "Poland Hussars” - 13 (9)
4. "Argentina Condors” - 9 (8)
5. "Desert Hawks” - 9 (9)
6. "Rusiya” - 7 (8)
B qrupunda Astana Arlans "German Eagles”i 4:1 hesabı ilə məğlub edib. Ukraine Otamans səfərdə "British Lionhearts”dan üstün olub - 3:2. İtaliya klubu isə rəqib meydanında ABŞ komandasına 3:2 hesabı ilə qalib gəlib.
B qrupunda "Astana Arlans”, "İtalia Thunder”, "British Lionhearts” və "Ukraine Otamans” 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Komandamız 1/4 finalda Ukrayna klubu ilə qarşılaşacaq. İlk görüş martın 22-də və ya 23-də Kiyevdə, cavab qarşılaşması isə martın 30-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.