Azərbaycanın veteranlardan ibarət ağır atletika üzrə milli yığma komandasının 2 idmançısı XXIV kişilər və XXII qadın veteran idmançılar arasında Avropa çempionatında iştirak edir.
Macarıstanın Kazinqbarçika şəhərində keçirilən Avropa çempionatında dördqat dünya və yeddiqat Avropa çempionu Akif Alıyev 55-59 yaş qrupunda 56 kq çəki dərəcəsində fərqlənib. Təmsilçimiz birdənqaldırma hərəkətində 72 kq, təkanla qaldırma hərəkətində isə 85 kq ağırlığın öhdəsindən gələrək Avropa çempionu adına layiq görülub.
Digər idmançımız, dünya və Avropa çempionatlarının gümüş mükafatçısı Natiq Ağayev isə yarışa mayın 23-də qatılacaq.