Bakıda və regionlardakı təhsil müəssisələrinin tələbələri arasında Bakı-2015 Avropa Oyunları bu mötəbər idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri açıqlanıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin birgə dəstəyi ilə keçirilən, ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24 min 182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12 min 472-si oğlan, 11 min 710-u isə qızdır. İştirakçıların 4048 nəfəri 18 yaş, 6005 nəfəri 19 yaş, 9612 nəfəri 20 yaş, 2483 nəfəri isə 21 yaşındadır. Tələbələrdən 13584-ü Bakı-2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onların da 6703-ü oğlanlardan, 6881-i isə qızlardan ibarətdir.
(ardı 2-ci səhifədə)Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə oğlanlardan 3941 nəfər Avropa Oyunlarının proqramına daxil olan güləşə, 3812 nəfər boksa, 3437 nəfəri isə cüdoya azarkeşlik edəcəyini bildirib.
Statistikaya əsasən, ən çox azarkeşlik edilən idman növləri voleybol (9191 nəfər), su idman növləri (6555 nəfər), bədii gimnastika 6059 nəfər), velosipeddir (5485 nəfər). Qızlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər su idman növlərinə azarkeşlik edəcəyini qeyd edib.
Cari il mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq. Elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.