Fransada işgüzar səfərdə olan Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransalı həmkarı Alen Bertolonla görüşüb.
Görüşdə Alen Bertolon 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərdiklərini və bu oyunların Fransada daha geniş təbliği üçün cari ilin dekabrında bu ölkədə Azərbaycan güləşçilərinin iştirakı ilə bir yarış təşkil etmək niyyətində olduqlarını bildirib.
Bu təklifi böyük məmnuniyyətlə qəbul edən Fazil Məmmədov həmin yarışın hər iki Federasiyanın təşkilatçılığı ilə keçirilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirib, Avropa Oyunları ərəfəsində fransalı güləşçilərin ölkəmizdə azərbaycanlı güləşçilərlə birlikdə təlim-məşq toplanışı keçməsi və onların yerli şəraitə daha tezə adaptasiya olunmaları üçün hər cür şərait yaratmağa hazır olduqlarını deyib.