Bakı I Avropa Oyunlarına 1 il vaxtın qalmasını qeyd edəcək

Bakı I Avropa Oyunlarına 1 il vaxtın qalmasını qeyd edəcək

Sabah Bakı-2015 ilk Avropa Oyunlarının başlanmasına 1 il qalması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.
Azərbaycanda Bakı-2015 I Avropa Oyunlarına 1 il qalması ilə bağlı geriyə vaxtın hesablanması münasibətilə Bakıda çərşənbə günü iyun ayının 11-də möhtəşəm gecə təşkil olunacaq. Bakı Bulvarının səmasında Azərbaycanın tarixi Oyunlara ev sahibliyi etməsinin əsas mərhələsində olması ilə bağlı möhtəşəm atəşfəşanlıq əks olunacaq.
Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt Qülləsində əks olunacaq.