Dənizkənarı Milli Parkda “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı maraqlı şou proqram və möhtəşəm atəşfəşanlıq olub
"Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə iyunun 11-də Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilib.
Tədbir çərçivəsində xüsusi su şousu, lazer effekti və konsert proqramında sonra atəşfəşanlıq təşkil edilib.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Oyunların proqramında 19 idman növü nümayiş olunacaq. Bunlardan 16-sı Olimpiya idman növü, 3-ü isə qeyri-Olimpiya idman növüdür. Altı mindən artıq idmançının mübarizə aparacağı "Bakı-2015”də səkkiz idman növü 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.