Bu günlərdə 4 qat Olimpiya, 9 qat dünya çempionu Maykl Conson Bakıda səfərdə olub. Məşhur atlet iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsinin 120 illik yubileyil ilə bağlı Dənizkənarı Milli Parkda keçirilən təntənəli tədbirdə iştirak edib.
Bakı-2015 Olimpiya Oyunları Təşkilat Komitəsindən olimpnews.az-a verilən xəbərə görə, Maykl Conson «Bakı-2015»-in baş ofisində da qonaq olub.
«Bakı-2015»-in rəsmi tərəfdaşlarından biri olan BP şirkətinin səfiri olan Conson Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində olub və BEGOC-un işçi heyəti və olimpiyaçılarla görüşüb. Amerikalı qonaq Bakıda olduğu müddətdə həm də, hazırda tikilməkdə olan Milli Stadiona baş çəkib və gələn ilin yayında ölkəmizdə keçiriləcək I Avropa Oyunları zamanı 9 mindən çox idmançı və rəsmi nümayəndələri qəbul edəcək Atletlər Kəndinə gedib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq dedi ki, "Bakı-2015»-in baş ofisində dünyanın nəhəng olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin gedişatı ilə tanış etmək bizim üçün şərəfdir. "Maykl qitə və dünya oyunları barədə misilsiz biliyə malikdir. Məşhur atletin burada, BEGOC-da bizimlə birlikdə olması və öz təcrübəsini bizimlə bölüşməsi, eləcə də Azərbaycanın qələbəyə iddialı idmançılarına öz məsləhətlərini verməsi üçün bu gün gözəl imkan yaranıb”
Bakıda, Azərbaycanda olmaqdan böyük məmnunluq hissi dyan Maykl Conson deyib: "Mən Bakıda olmaqdan və Azərbaycanda idmana və Olimpiya Hərəkatına olan hədsiz maraqdan son dərəcə məmnun qaldım.
O qeyd etdi ki, Oyunları qəbul etmək həyəcanlı və qürurvericidir. «Birinci Avropa Oyunları azərbaycanlı idmançılar üçün daha böyük uğurlar əldə etməyə, bir sözlə tarix yazmaq üçün çox gözəl imkandır».
Xatırladaq ki, ABŞ idmançısı Maykl Conson yüngül atletika tarixində ən məşhur sprinterlərdən sayılır və hazırda 400 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarının sahibidir.
olimpnews.az