Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Nar Mobile” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması imzalanacaq
18:54 01.07.2014
3840
İyulun 2-də Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK ) ilə "Nar Mobile” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması imzalanacaq. "Four Seasons" hotelində təşkil olunacaq tədbirdə Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, baş əməliyyat direktoru Saymon Kleq və "Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili iştirak edəcəklər.