"Neftçi" bu gün Dünya seriyasında 1/4 final oyununa çıxacaq

\"Neftçi\" bu gün Dünya seriyasında 1/4 final oyununa çıxacaq

Basketbol

Bugün, 10:05

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

Olimpnews.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR