“Judo Club 2012”nin Avropa arenasında böyük uğurları
Cüdo
04.07.2025, 17:12
Azərbaycan cüdosu son dövrlərdə beynəlxalq arenada öz gücünü daha da aydın şəkildə göstərməkdədir. Ötən həftə sonu Xorvatiyada, Polşada və Çexiyada keçirilən yarışlarda Azərbaycan cüdoçuları, xüsusilə “Judo Club 2012”nin üzvləri, parlaq çıxışları ilə diqqət çəkərək ölkəmizin idman nüfuzuna böyük töhfələr veriblər.
Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Avropa Kuboku "Judo Club 2012"nin idmançıları üçün əsl bir qələbə olub. Klubun tanınmış idmançısı Murad Fətiyev -90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. M.Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı, almaniyalı Eduard Trippeli məğlub edərək yarışın ən yaddaqalan nəticələrindən birini əldə edib. Bu möhtəşəm qələbə həm Muradın karyerası, həm də “Judo Club 2012” üçün bir uğurdur.
Klubun digər bir uğuru, qadınların -57 kq çəki dərəcəsində yarışan Fidan Əlizadədən gəlib. O, keçirdiyi dörd görüşdə də rəqiblərinə heç bir şans verməyərək Avropa Kubokunun qalibi adını qazanıb. “Judo Club 2012”nin digər idmançıları ilə yanaşı, milli komandamızın üzvləri Aydan Vəliyeva, Kərim Allahverdiyev, Gültac Məmmədəliyeva, Kamran Süleymanov, Vüqar Talıbov və Nərmin Əmirli də müxtəlif çəki dərəcələrində mükafatlar qazanıblar. Nəticədə Azərbaycan milli komandası 39 ölkə arasında Avropa Kubokunun qalibi olub və bu böyük uğurun formalaşmasında "Judo Club 2012"nin idmançılarının böyük payı var.
Bundan əlavə, "Judo Club 2012"nin üzvləri gənclər arasında keçirilən Avropa Kubokunda da böyük uğurlar qazanıblar. Aprelin 5-6-da Polşanın Poznan şəhərində keçirilən yarışda 23 ölkədən 412 cüdoçu iştirak edib. Turnirdə Azərbaycan gəncləri 3 qızıl, 2 gümüş və 2 bürünc medalla oğlanlar arasında birinci yeri tutublar. Klub üzvlərindən Tuncay Şamil -90 kq çəki dərəcəsində gümüş medal qazanıb.
"Judo Club 2012"nin gənc yetirmələri həm də Çexiyanın Teplitse şəhərində keçirilən yarışda gözəl nəticələr əldə ediblər. Ayxan Həsənli -73 kq çəki dərəcəsində gümüş medal qazanaraq, özünün və klubunun uğurlarına bir yenisini əlavə edib. A.Həsənli bu medalı bir ay əvvəl Türkiyənin Antalya şəhərində də qazanmışdı. Klubun digər üzvü Məhəmməd Ağakişiyev isə +90 kq çəki dərəcəsində beşinci yerə yüksəlib.
"Judo Club 2012"nin üzvləri, yalnız şəxsi karyeralarında uğurlar əldə etməklə qalmayıb, həm də Azərbaycan cüdosunun beynəlxalq arenada daha da güclənməsinə böyük töhfələr veriblər.
Bu uğurların əldə edilməsində, yalnız idmançıların öz istedadı və əzmkarlığı deyil, həm də “Judo Club 2012”nin rəhbərliyi və məşqçilər heyətinin də əvəzsiz əməyi var. Klubun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun diqqət və qayğısı, "Judo Club 2012"nin inkişafında mühüm rol oynayıb. Onun qayğısı sayəsində klub, istedadlı cüdoçuların yetişməsində və beynəlxalq arenada uğur qazanmasında yüksək nəticələr əldə edib.
Eyni zamanda, klubun məşqçilər heyəti, xüsusilə İlqar Müşkiyev və Kifayət Qasımovanın da bu qələbələrdə əməyi danılmazdır. Onların rəhbərliyi altında, "Judo Club 2012"nin cüdoçuları yalnız ölkəmizdə deyil, həm də dünya, Avropa səhnəsində də Azərbaycanın adını ucaldırlar.
İnanırıq ki, gələcəkdə də “Judo Club 2012"nin adı dünya arenalarında daha çox hallanacaq və Azərbaycan cüdosunun uğurları davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Mançester Yunayted"in futbolçusu mövsümün oyunçusu seçildi
Bugün, 00:52 Futbol
-
Şakira dünya çempionatının mahnısının anonsunu edib - VİDEO
08.05.2026, 23:47 Futbol
-
"Adidas" dünya əfsanələrini bir araya topladı
08.05.2026, 23:31 Futbol
-
“Real Madrid” Valverde və Çuameni ilə bağlı intizam araşdırmasını yekunlaşdırdı
08.05.2026, 23:06 Futbol
-
Atletika üzrə ilk yarış gününün qalibləri müəyyənləşdi - FOTO
08.05.2026, 22:48 Atletika
-
Berlində bürünc medal
08.05.2026, 22:13 Su idman növləri
-
Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək
08.05.2026, 22:04 Futbol
-
Son çempiondan gözlənilməz məğlubiyyət
08.05.2026, 21:52 Futbol
-
Bakıda keçiriləcək UFC turnirinin biletlərinin satışa çıxarılacağı tarix açıqlandı
08.05.2026, 21:35 Əlbəyaxa döyüş növləri
-
Zemfira Meftaxetdinova: "Çalışacağıq ki, veteranlarla bağlı turnirlər mütəmadi şəkildə təşkil olunsun”
08.05.2026, 21:28 Müsahibə
-
Minifutbol turnirindən yaddaqalan məqamlar - FOTO
08.05.2026, 20:51 Fotoqalereya
-
"Böyük Dəbilqə": Cüdoçularımız günü medalsız başa vurdular
08.05.2026, 20:24 Cüdo
-
“Qarabağ” böyük məbləğdə cərimələndi
08.05.2026, 19:42 Futbol
-
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
08.05.2026, 19:06 Güləş
-
"Zirə" "İmişli" səfərində xal itirdi
08.05.2026, 18:47 Futbol
-
Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb - FOTO
08.05.2026, 17:30 Olimpiya dünyası
-
Güləşçilərimiz qitə birinciliyində iştirak edəcək
08.05.2026, 16:52 Güləş
-
Azərbaycan çempionatı yekunlaşdı
08.05.2026, 15:33 Tennis
-
Şahmatçılarımız dünya çempionatında mübarizə aparır
08.05.2026, 13:25 Şahmat
-
"Neftçi" Dünya Seriyasının yarımfinalında
08.05.2026, 13:17 Basketbol
-
“Böyük Dəbilqə”: İki cüdoçumuz 1/4 finalda
08.05.2026, 12:44 Cüdo
-
"Italdizain" şirkəti və "OMEGA" brendi Olimpiya çempionu ilə əməkdaşlıqlarını elan edib - FOTO
08.05.2026, 12:35 Cüdo
-
“Ədalətli İdman Ayı - 2026” çərçivəsində Milli Məclisdə görüş keçirilib - FOTO
08.05.2026, 12:25 AMADA
-
İşıqlı ömür yolu - 90
08.05.2026, 12:08 Olimpiya dünyası
-
Valverde döyüldüyünü təkzib etdi - FOTO
08.05.2026, 11:43 Futbol
-
Rafinya iddialara cavab verdi
08.05.2026, 11:32 Futbol
-
Atletika üzrə Bakı çempionatı keçiriləcək
08.05.2026, 11:20 Atletika
-
"Neftçi"nin futbolçusu Freddi Varqasın qolu sosial şəbəkədə 22 milyondan çox baxış toplayıb
08.05.2026, 11:15 Futbol
-
Rəhim Həsənov hakimlərin XXIX turda mübahisəli epizodlar zamanı düzgün qərarlar verdiyini təsdiqləyib
08.05.2026, 11:13 Video qalereya
-
Unai Emeridən unikal göstərici
08.05.2026, 11:08 Futbol
-
6 cüdoçumuz Astanada mübarizəyə başlayır
08.05.2026, 10:44 Cüdo
-
Misli Premyer Liqası: İlk oyun günündə iki qarşılaşma
08.05.2026, 10:16 Futbol
-
"Neftçi" bu gün Dünya seriyasında 1/4 final oyununa çıxacaq
08.05.2026, 10:05 Basketbol
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
08.05.2026, 09:47 Voleybol