Naxçıvanda Dünya kuboku uğrunda mübarizə yekunlaşıb

Naxçıvanda Dünya kuboku uğrunda mübarizə yekunlaşıb


Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil edilən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş veteranlar arasında ağır atletika üzrə Dünya kuboku uğrunda yarışa yekun vurulub.
170 idmançının iştirak etdiyi yarışın son günü maraqlı çıxışlarla yadda qalıb. Yarışın son günü Azərbaycan ağır atletləri üçün uğurlu olub. Namiq Ağayev öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayaraq Dünya kubokunun sahibi olub. Onun uğurunu Samir Qeyisov da təkrarlayıb. Digər iki idmançımız - Samir Hüseynov və İlham Hüseynov gümüş medala layiq görülüblər.
Müxtəlif çəki və yaş dərəcələrində Ehsan Bayati, Fardin Yavari, Cavad Samyematin, Mehdi Nasarpur, Mehram Hatami (İran), Oleq Starikov, Vladimir Suşçak (Rusiya) yarışın qalibi adını qazanıblar.