Fransanın “Nice-Matin” qəzetində I Avropa Oyunlarının təqdimatı ilə bağlı Kannda təşkil olunmuş yürüşlə bağlı məqalə dərc edilib

Fransanın “Nice-Matin” qəzetində I Avropa Oyunlarının təqdimatı ilə bağlı Kannda təşkil olunmuş yürüşlə bağlı məqalə dərc edilib


Fransanın gündəlik "Nice-Matin” qəzetinin 12 iyul tarixli nömrəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimatı ilə əlaqədar iyulun 11-də Kannda Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunmuş yürüşdən bəhs edən "Bakı Kruazetdə” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş tədbirin ilk dəfə Kannda keçirildiyi, gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı Kruazetdə 5 kilometrlik məsafədə yürüş təşkil olunduğu haqda məlumat verilir. Yürüşdə 100-dən artıq həvəskarın iştirak etməsi vurğulanan məqalədə qaliblərin də fikirlərinə yer ayrılır.
Yazıda gələn il iyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarında idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi də diqqətə çatdırılır.