Bakıda dünyanın ən möhtəşəm stadionlarından biri tikilir
Azərbaycanda dünyanın ən möhtəşəm stadionlarından biri tikilir. Baki Olimpiya Stadionunun 2015-ci ilin fevralında açılması gözlənilir. Stadion 65 min tamaşaçı tutumuna malikdir. Burada həmçinin 3500-4000 avtomobilin yerləşəcəyi maşın parkı yaradılacaq.
İnşasına 2012-ci ildən başlanılan bu möhtəşəm arena 65 min tamaşaçı tutumuna malikdir. Paytaxtımızda Avropa Oyunlarını qəbul edəcək digər idman qurğusunun - Olimpiya stadionunun tikintisi isə 2015-ci ildə başa çatdırılacaq. Ümumi sahəsi 120,830 kv metr olan stadion Böyük Şor gölünün ərazisində yerləşir. Öz müasir tikinti üslubu və xüsusi gözəlliyi ilə seçiləcək Olimpiya stadionu 65 min nəfər tamaşaçı üçün nəzərdə tutulub.
Azərbaycanda gələn il tarixdə ilk dəfə birinci Avropa Oyunları keçiriləcək. Avropanın 40-dan artıq ölkəsindən Bakıya gələn 6000 idmançı 17 yarış günü (12-28 iyun) müddətində öz qüvvəsini sınayacaq. Bu möhtəşəm tədbirin təşkilinin paytaxt Bakıya həvalə olunması respublikamızın güclü maddi-texniki bazaya malik olmasından, ölkədə idman və Olimpiya Hərəkatının yüksələn xətlə inkişaf etdiyindən və ən nəhayət, beynəlxalq səviyyəli rəsmi idman qurumlarının Azərbaycan idmanına etimadının göstəricisidir.
olimpnews.az