Kliçko rəqibindən qorxur?

Kliçko rəqibindən qorxur?

WBA, WBO və İBF versiyası üzrə dünya çempionu, ukraynalı boksçu Vladimir Kliçko növbəti döyüşə hazırlaşır. May ayının 4-də keçirilməsi nəzərdə tutulan bu döyüşdə Kliçko italiyalı Françesko Pyaneta ilə qarşılaşacaq. Ukraynalı dünya çempionu bu döyüşə çox ciddi yanaşdığını deyib: "İdman karyeramda güclü rəqiblərlə çox qarşılaşmışam. Amma, hesab edirəm ki, Françesko digər rəqiblərimdən fərqlənir. O, gəncdir və solaxaydır. Güclü zərbəyə malik olan italiyalı öz məqsədinə çatmaq üçün əlindən gələni edir. Françeskonu təhlükəli rəqib sayıram. Bu baxımdan, onunla döyüşə məsuliyyətlə hazırlaşıram”, - deyə Kliçko bildirib.
Qeyd edək ki, Kliçko - Pyaneta döyüşü may ayının 4-də təşkil olunacaq.