Nyu-Yorkda (ABŞ) orta ağır çəkidə dünya çempionu adı uğrunda yarış keçirilib. İBF versiyası üzrə təşkil olunan döyüşdə 2 amerikalı boksçu - Taboris Klaudia və Bernard Hopkins qarşılaşıb. 48 yaşlı Hopkins daha yaxşı döyüşərək orta ağır çəkidə çempion kəmərini Klaudianın (31 yaş) əlindən alıb. Bu qələbə Hopkinsə rekord qazandırıb. Belə ki, bu idmançı boks tarixinin ən yaşlı çempionu olub.