Bakı-2015 Avropa Oyunlarının sınaq yarışları davam etdiriləcək
"Bakı-2015” ilk Avropa Oyunlarının sınaq yarışları davam edəcək. Bu il okyabrın 18-də Bakıdakı Dağ Velosipedi Parkında dağ velosipedi (MTB) üzrə yarış keçiriləcək. Bundan başqa gələn il fevralın 6-8-də Bakı İdman Sarayında Avropanın ən güclü 16 idmançısı arasında stolüstü tennis üzrə yarış təşkil olunacaq.
Gimnastika üzrə Açıq Azərbaycan çempionatı isə martın 2-7-də Milli Gimnastika Arenasında keçiriləcək. Çempionat gimnastikanın beş növü - idman və bədii gimnastika, batut, aerobika və atrobatika üzrə təşkil ediləcək.
Bundan başqa, aprelin 16-19-da Heydər Əliyev Arenasında yeniyetmələr arasında Azərbaycan Güləş Federasiyası Kuboku yarışı keçiləcək. Yarışda 480-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.
Aprelin 15-19-da "Baku Crystal Hall”da yeniyetmələr arasında Heydər Əliyev Kuboku uğrunda turnir təşkil olunacaq.
Xatırladaq ki, Bakıda cari il mayın 30-dan iyunun 1-dək yüngül atletika üzrə Avropa təsnifat turniri, iyunun 13-15-də isə bədii gimnastika üzrə XXX Avropa çempionatı keçirilib.