“Bakı-2015” Avropa Oyunlarının yeni brendinin təqdimatı olub

“Bakı-2015” Avropa Oyunlarının yeni brendinin təqdimatı olub


Avqustun 27-də "Bakı-2015” Avropa Oyunlarının yeni brendinin təqdimatı olub.
Bakının gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri vardır. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları, müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.
"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq bildirib ki, yeni brend özünüifadə tərzi olub, qədim Azərbaycan irsinin və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin rəmzidir. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaqdır. Eyni zamanda, brend "Bakı-2015”in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunub. Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla bir yerə toplanmış cəlbedici yeni naxışlar ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollardır.