Tayson həmyerlisini niyə tənqid etdi?

Tayson həmyerlisini niyə tənqid etdi?

Super-ağır çəki dərəcəsində britaniyalı boksçu Tayson Fyuri Devid Prays və Toni Tompson arasında döyüş barədə öz fikirlərini bildirib. 
Xatırladaq ki, divizionun ulduzu sayılan Prays ikinci raundda 41 yaşlı Tompsona nokautla uduzub.
Fyuri deyib: "Mən Praysla döyüşə maraqlı deyiləm. Bu qarşılaşmadan çox şey gözləyirdim. Çünki mənim burada yaxşı pul qazanmaq imkanlarım var idi. Tompsona qalib gəldiyi təqdirdə Praysla rinqə çıxmağa hazırlaşırdım. Həmyerlim məğlub oldu və super-döyüş alınmadı. Lakin Amerikada Tompsonla rinqə çıxmağım istisna deyil.
Stiv Kanninqemlə döyüşdən sonra mən Tompsonla görüşməyi planlaşdırıram və Praysa göstərəcəyəm ki, babalarla döyüşmək necə olar. Sizi inandırıram ki, bu, üç raunddan çox çəkməyəcək. İstəmirəm, Amerikada düşünsünlər ki, britaniyalılar hamısı Prays kimi zəifdirlər. Mən mütləq Tomsondan intiqam alacağam”.