BDU “Bakı-2015”-i təbliğat kampaniyasına başlayıb
Bakı Dövlət Universitetinin (BDU) tələbə həmkarlar ittifaqı komitəsi 2015-ci ildə keçiriləcək "Bakı-2015” Avropa Oyunlarına sən də qoşul” adlı təbliğat kampaniyasına başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayıb.
Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən D.Qənbərov "Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinə bir vətəndaş kimi yaxından köməklik göstərilməsinin vacibliyini bildirib. Qeyd edilib ki, hər bir gənc şəhərimizin təmizliyinə riayət olunması, asayişin qorunması sahəsində özünü borclu hesab etməlidir.