San Marinonun "Libertas” saytında Bakı-2015 Avropa Oyunları ilə bağlı aparılan hazırlıq işləri haqqında yazı yerləşdirilib.
Yazıda qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Gələn il iyunun 12-dən 28-dək davam edəcək Bakı-2015 Avropa Oyunlarına hazırlıq işləri sürətlə və yüksək səviyyədə aparılır.
Müəllif yazır: "Avropa Oyunlarına ciddi hazırlaşan Bakıda yeni infrastruktur qurulur. Artıq hazır olan Olimpiya şəhərciyində Bakı-2015-də iştirak edəcək idmançıların yerləşdirilməsi nəzərdə tutulub. Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya gələcək xarici media nümayəndələri "Media kəndi”ndə yerləşdiriləcək. Burada media nümayəndələrinə hər cür şərait yaradılacaq”.