Bakı-2015 Avropa Oyunlarına bilet satışı üçün qeydiyyat başlayıb

Bakı-2015 Avropa Oyunlarına bilet satışı üçün qeydiyyat başlayıb

Oktyabrın 31-də Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi idman azarkeşlərinin gələn ilin yayında ölkəmizdə keçiriləcək yarışlara bilet satışı ilə bağlı rəsmi veb saytında qeydiyyat səhifəsini açıq elan edib. Belə ki, bu veb sayt beynəlxalq və yerli idman azarkeşlərinə Bakı-2015 Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlər və onun satışı ilə bağlı yeniliklər, eləcə də Bakı-2015 Oyunları ilə bağlı son xəbərləri izləyə biləcəklər.
Avropa Oyunlarına doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs yarışlarla bağlı ən son məlumatları e-mail vasitəsilə ala biləcəklər. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn ildən keçiriləcək.


Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq bununla bağlı deyib: "Birinci Avropa Oyunlarına az vaxt qaldığı üçün bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur. Biz bilirik ki, idman azarkeşləri Bakı-2015 Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər əvvəlcədən almaq istəyirlər. Yeni yaradılan sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək.”

Qeyd edək ki, bilet satışı üzrə qeydiyyat səhifəsi Bakı-2015 Avropa Oyunlarının bilet satışı üzrə rəsmi tərəfdaşı «Tickethour» şirkəti tərəfindən hazırlanıb.

«Bu sistem Bakı-2015 ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşısıdır. Ona görə də, mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməyə və Birinci Avropa Oyunlarında öz yerlərini tutmağa çağırıram”, -deyə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də keçiriləcək.

Veb saytda qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az