AOK-un 43-cü Baş Assambleyası Bakıda keçiriləcək

AOK-un  43-cü Baş Assambleyası Bakıda keçiriləcək


BAKI, 21-22 noyabr 2014-cü il
21-22 noyabr 2014-cü il tarixlərində Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü baş Assambleyası keciriləcək. Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcəkdir. Baş Assambleya 21 noyabr 2014-cü il tarixində "Fairmont Baku Flame Towers” otelində öz işinə başlayacaq. Baş Assambleyada AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un "Olimpiya oyunları”, "Marketinq və rabitə”, "AGOF”, "Avropa Birliyi”, ”İdman hamı ücün”, "Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər. 

Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun Bakı-2015 barədə məlumatı və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Baş Assambleyada BOK-un keçmiş prezidenti Jak Roqq, Andrzej Krasnicki, Vitali Simirnov, Marius Vizer, Arat Hasan, Aleksandr Kozlovskiy və başqa tanınmış idman xadimləri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa Reqional Ofisinin direktoru, dünya və Avropa idman federasiyalarının rəhbərləri də iştirak edəcəklər. Noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü "Pyotr Urovski” adına mükafatlar da təqdim olunacaq. Baş Assambleya iştirakçıları və müşayiətçi qonaqlar üçün xüsusi proqram hazırlanıb. Bu proqrama əsasən Baş Assambleya iştirakçıları Bakı-2015-in yarışlarının keçiriləcəyi idman obyektlərinə baş çəkəcək və şəhərin görməli yerləri ilə tanış olacaqlar.
Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası başa çatdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da "Fairmont Baku Flame Towers” otelində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
KİV nümayəndələrini mətbuat konfransına dəvət edirik.
Tarix- 22 noyabr 2014-cü il
Saat- 13:00
Məkan- "Fairmont Baku Flame Towers” oteli
Əlaqə üçün: (012) 564 90 49 ; 564 74 19