Avropa Oyunlarının xatirə markaları təqdim edilib

Avropa Oyunlarının xatirə markaları təqdim edilib

Bakı-2015 Avropa Oyunları gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarını qeyd etmək məqsədilə altı ədəd poçt markasının ilk buraxılışını təqdim edib.
Rəngli markalar Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərdən altısını, o cümlədən gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yüngül atletika yarışlarının keçiriləcəyi Milli Stadionu əks etdirən nadir bədii təsvirlərdir.
Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov adına Respublika Stadionu, "Crystal Hall”, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.
Hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək Bakı-2015 Avropa Oyunlarına daxil edilən hər bir 20 idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı da hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.