Noyabrın 27-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə könüllüləri cəlb etmək məqsədilə təqdimat keçirilib.
Mərasimdə akademiyanın tələbə gənclər təşkilatının sədri Anar Əliyev və digərləri çıxış edərək Bakı-2015 Avropa Oyunlarına dəstək verməyin hər bir gəncin borcu olduğunu, Oyunların açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildiriblər. Hər bir gənc bu Oyunlarda könüllü olaraq fəal iştiraka dəvət edilib.
Təqdimat mərasimində Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndəsi Nikolletta Korradin tələbələrin diqqətinə çatdırıb ki, onlar Bakıda keçiriləcək bu mötəbər idman tədbirinin qəhrəmanlarından biri ola bilərlər. Dünyanın hər tərəfindən yeni dostlar qazanar və Bakı Olimpiya Stadionunda 65 min tamaşaçı qarşısına çıxa bilərlər. O, gələn ilin yanvar ayınadək Azərbaycanın bütün ali təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam edəcəyini diqqətə çatdırıb.
Sonda tələbələrə Oyunlarla bağlı məlumat kitabçaları paylanılıb.