Səudiyyə Ərəbistanının “Arab News” qəzeti birinci Avropa Oyunlarından yazıb

Səudiyyə Ərəbistanının “Arab News” qəzeti birinci Avropa Oyunlarından yazıb


Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ingilisdilli "Arab News” qəzetində gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məqalə dərc edilib.
Məqalədə müəllif Abdul Hannan Taqo Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevə istinadən birinci Avropa Oyunlarının bütün qitə üçün multi-idman tədbiri olduğunu qeyd edir. Diqqətə çatdırılır ki, Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı Olimpiya 4-ü qeyri-olimpiya idman növüdür. 17 gün davam edəcək yarışlara bütövlükdə Avropadan 6000-dən çox idmançı qatılacaq.
Məqalədə, həmçinin səfirə istinadən, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, enerji resursları, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verilir.