Avropa Triatlon Şurasının (ETU) rəhbəri Renato Bertrandi Azərbaycana səfəri ilə bağlı danışıb.
Məqalədə R.Bertrandinin Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasının Bakıda keçirilən iclasında iştirakı, Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı ən son məlumatlar əldə etməsi, Azərbaycan Triatlon Federasiyasının rəhbərliyi ilə icraçı direktoru Azər Məhərrəmovla görüşdüyü bildirilir.
R.Bertrandi məqalədə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək və müxtəlif federasiya rəhbərləri ilə görüşmək, eləcə də Avropa Oyunlarında triatlonun roluna, habelə gələn il Tbilisidə keçiriləcək yeniyetmələr üzrə Olimpiya festivalına dair geniş fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Yazıda mayın əvvəlində triathlon üzrə test yarışlarının təşkil ediləcəyi qeyd edilir. Triatlon yarışlarının yerinə dair indiyədək geniş müzakirələr aparılıb. Həmçinin Beynəlxalq Triatlon Şurasının təşkilatçılığı ilə texniki işlərlə məşğul olan rəsmilərlə keçirilən danışıqlarda da geniş müzakirələr aparılıb. Bu, tərəflər üçün gələcək tövsiyələr baxımından çox vacib müzakirələr olub.
Bununla yanaşı, hazırda ETU Avropa Oyunlarında təmsil olunacaq texniki personalın siyahısının hazırlanması üzərində iş aparır. Bu məqsədlə müxtəlif ölkələrin milli federasiyalarına onların təmsilçilərinin bu mötəbər yarışlara cəlb edilməsinə dair sorğular göndərilib. Bu zaman mütəxəssislər ETU-nun birinci, ikinci və üçüncü dərəcələrinə malik olmalıdırlar. Avropa Oyunlarının proqramına əsasən, texniki işlərlə məşğul olan rəsmilər Bakıya triatlon yarışlarına iyunun 9-da gələcək. Səfər isə iyunun 16-da başa çatacaq.
Yaxın vaxtlarda ETU-nun İcraiyyə Komitəsinin toplantısında Bakıda keçiriləcək Avropa Oyunlarının texniki rəsmi şəxslərinin siyahısı təsdiqlənəcək. Bu seçimi isə ispaniyalı Xorxe Qarsiya və macar Bela Varqa kimi peşəkarlar aparacaqlar. Ən son və tam dolğun informasiya isə yanvarın sonunda milli triatlon federasiyaları rəhbərlərinin iştirakı ilə keçiriləcək ETU-nun yekun konfransında açıqlanacaq. Bu toplantıda R.Bertrandi geniş hesabatla çıxış edəcək. Təqdimatı isə Azərbaycanın nümayəndə heyəti edəcək.
R.Bertrandi qeyd edib ki, ETU rəhbəri qarşıdan gələn Avropa Oyunlarında ən peşəkar trialtonçuların çıxışlarını vacib sayıb. Çünki Avropa Oyunlarının qalibləri Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarına lisenziyalar qazanacaq. Təqvim planlarına görə, iyunun 13-də və 14-də Avropa Oyunları çərçivəsində yarışlar keçiriləcək. Bu start bütün kontinent üçün böyük bir addım olacaq. Biz, triatlonun proqrama daxil edilməsindən çox məmnunuq. Hazırda triatlon idman təqvimində ən mötəbər yerlərdən birini tutur.