İtaliya əsilli alman boksçu Françesko Pyaneta hesab edir ki, o, ukraynalı dünya çempionu Vladimir Kliçko ilə döyüşmək şərəfinə elə-belə nail olmayıb.
Pyaneta bu yolda xeyli əziyyət çəkib və ukraynalı ilə qarşılaşmaq arzusunda olub. «Mən Kliçko ilə göyüşməyə tam hazıram. Bütün gücümü ortaya qoyacağam. Biz Vladimirlə sparrinqdə tanış olmuşuq. Düşünürəm ki, mən son vaxtlar bir neçə dəfə yaxşı döyüş keçirmişəm və hesab edirəm ki, çempionluq kəməri uğrunda yarışmağa layiqəm», - deyə Pyaneta əlavə edib.Xağırladaq ki, Françesko Pyaneta son vaxtlar keçirdiyi iki qarşılaşmada veteran boksçuları məğlub edib. Belə ki, o, 44 yaşlı cənubi afrikalı Fransua Botanı və 47 yaşlı amerikalı Oliver Makkolu məğlubiyyətə uğradıb. Məlumat üçün deyək ki, Kliçko - Pyaneta qarşılaşması bu il may ayının 4-də Almaniyanın Manheyme şəhərində keçiriləcək.