İlqar Rəhimov: “Məqsədimiz qızıl medal qazanmaqdır”.

İlqar Rəhimov: “Məqsədimiz qızıl medal qazanmaqdır”.


2015-ci Bakıda keçiriləcək ilk Avropa Oyunlarının cüdo idman növü üzrə paralimpiya yarışlarında Azərbaycanı iki atletimiz təmsil edəcək.
Bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. Bakıda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisə olduğunu bildirən İ.Rəhimov deyib: Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın səyi nəticəsində proqrama cüdo üzrə paralimpiya yarışları da salınıb. Həmin proqramda iki çəki üzrə qadınlar və kişilər mübarizə aparacaq. Bu yarışlar ümumi cüdo oyunları çərçivəsində keçiriləcək. Hər çəkidə 10-dan çox idmançı çıxış edəcək. Demək olar ki, bu yarışda çox güclü idmançılar mübarizə aparacaqlar. Qadınlar arasında ölkəmizi son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva, kişilər arasında isə İlham Zəkiyev təmsil edəcəklər. Yarışlar gərgin keçəcək. Məqsədimiz qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, Afina-2014 və Pekin-2008 Yay Paralimpiya Oyunlarında iki qızıl medal medal qazanmış İlham Zəkiyev kişilər arasında yarışda 100 kq-dan yuxarı çəkidə çıxış edəcək.