Böyük Britaniya mətbuatının yazdığına görə, qalmaqalları ilə ad çıxaran məşhur boksçu Devid Hey bu ilin iyul ayının 6-da rinqə qayıdacaq.Britaniyalı boksçunun rinqə qayıtdığı tarix bəlli olsa da, rəqibinin və döyüşün keçiriləcəyi şəhərin adı hələ ki, açıqlanmayıb. Böyük Britaniya Boks Şurası Derek Çisoranın ardınca Devid Heyin lisenziyasını özünə qaytarmağı planlaşdırır. Bunun üçün boksçular adi tibbi testdən keçməlidirlər.
Xatırladaq ki, Devid Heyi boksçu lisenziyasından Vladimir Kliçko ilə döyüşdən əvvəl özünü yaxşı aparmadığına və mətbuat konfransında Derek Çisora ilə dava saldığına görə azad etmişdilər.
Qeyd edək ki, Hey dünya çempionu titulu uğrunda Kliçko qardaşlarının biri ilə rinqə çıxmaq arzusundan əl çəkmək fikrində deyil.