Dünya çempionu ailə qurmağa tələsmir

Dünya çempionu ailə qurmağa tələsmir

Boks üzrə super-ağır çəki dərəcəsində dünya çempionu Vladimir Kliçko Ukrayna televiziyasına müsahibəsində maraqlı açıqlama verib. Şəxsi həyatından danışan boksçu indiyə kimi subay qalmasının səbəbini də açıqlayıb. Kliçko evli dostlarının bu məsələ ilə bağlı ona tez-tez sual verdiklərini deyib: «Ailə quran dostlarımın «niyə evlənmirsən?» sualı ilə tez-tez qarşılaşıram. 
Bu məsələ üzərində xeyli düşündüm, müəyyən təhlillər apardım. Belə nəticəyə gəldim ki, məhz evli dostlarımın mənə ünvanladıqları «niyə evlənmirsən?» sualının bir cavabı var: subay olduğum üçün onlar mənə həsəd aparırlar. Ən maraqlısı isə odur ki, ailəli dostlarım özləri də bunu etiraf edirlər. Hələlik subaylığa üstünlük verirəm. Hesab edirəm ki, bu cür həyat məni müəyyən problemlərdən uzaqlaşdırır».
Bununla belə Vladimir Kliçko ən böyük arzusunun böyük ailə sahibi olmasını deyib: «Arzu edirəm ki, titullarımın sayı qədər övladım olsun (ukraynalı dünya çempionu 5 kəmər sahibidir). Mən buna hazıram. Düşünürəm ki, övladlarım üçün yaxşı ata olacağam. Eyni zamandla,mən həyat yoldaşıma hörmətlə yanaşan bir insan ola bilərəm. Hesab edirəm ki, ailədə münasibətlər qarşılıqlı olmalıdır. Valideynlər və övladlar arasında səmimi münasibət qurularsa, həmin ailə xoşbəxt yaşayar».