Serbiya parlamentinin binasında Serbiya Olimpiya Komitəsi Günü münasibətilə keçirilmiş tədbirdə Bakı-2015 Avropa Oyunları barədə videoçarx nümayiş olunub.
Hər il ənənəvi olaraq təşkil edilən tədbirdə Serbiya Prezidenti Tomislav Nikoliç ilə yanaşı, hökumət nümayəndələri, parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
2014-cü il üçün ölkənin ən yaxşı idmançılarına Serbiya Olimpiya Komitəsinin xüsusi mükafatlarının təqdim olunduğu tədbirdə Bakı-2015 Avropa Oyunlarını əks etdirən lövhə də asılıb. Tədbir Serbiya Dövlət Yayım Korporasiyası tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, Serbiya Olimpiya Komitəsinin rəsmi saytında Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumatlar yerləşdirilib.