Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı-2015 Avropa Oyunlarında bir sıra texnoloji yeniliklərin tətbiq edilməsinə dəstək göstərir.
Bakı-2015 Avropa Oyunları infrastruktur və proqram təminatı üçün "Cloud” modelli texnologiyadan istifadə edən ilk çoxşaxəli idman tədbiridir. Bakı-2015-in bütün məkanlarını birləşdirəcək yeni fiber-optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir.
İlk Avropa Oyunlarını gerçəkləşdirmək üçün məkandaxili 1000 kilometrdən çox kabel çəkilişini təmin etməklə yanaşı, əlaqə yaratmaq məqsədilə 600 kilometrdən çox fiber-optik şəbəkədən istifadə olunacaq.