Polşa gələn il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunlarından öz iqtisadi imkanlarının və mədəniyyətinin təbliği üçün istifadə etmək niyyətindədir.
Bunu Polşa Respublikası İqtisadiyyat Nazirliyinin İkitərəfli Əməkdaşlığa Dəstək Departamentinin direktor müavini Eljbeta Bodio KİV-ə verdiyi müsahibəsində söyləyib. O bildirib ki, Bakıda Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar zamanı Birinci Avropa Oyunlarının yaradacağı imkanlardan Polşanı ciddi avropalı tərəfdaş kimi təqdim etmək üçün istifadə olunması barədə razılaşma əldə edilib.
E.Bodio deyib: "Birinci Avropa Oyunlarında biz həm idman yarışlarında iştirak edəcək, həm də ölkəmizin iqtisadiyyatını və mədəniyyətini təqdim edəcəyik”.