İdmançılarımız Tailand və İstanbuldan medallarla qayıdıblar

İdmançılarımız Tailand və İstanbuldan medallarla qayıdıblar

BugünlərdəTailandın paytaxtı Banqkok şəhərində muay tay üzrə böyüklər və gənclər arasında dünya çempionati keçirilib. Yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub. Kişilər arasında Nahid Əsədov (81 kq), gənclər arasında Natiq Fətullayev (67 kq) çempionatın bürünc medalını qazanıblar. Həmin tarixlərdə İstanbul şəhərində keçirilən yeniyetmə və kadetlərarasında dünya çempionatında 12 idmançı ilə iştirak edən komandamızın üzvləri isə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.