Birinci Avropa Oyunları Özbəkistan jurnalistlərinin də diqqətindədir

Birinci Avropa Oyunları Özbəkistan jurnalistlərinin də diqqətindədir


Özbəkistanın sharh.uz portalı ""Bakı-2015 Avropa Oyunlarının rəsmi simvolları - Ceyran və Nar” adlı məqalə yayıb.
Məqalədə Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə keçiriləcək Avropa Oyunlarının tarixi hadisə olduğu vurğulanır.
Məqalədə 2013-cü il fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasının keçirildiyi diqqətə çatdırılır. Təşkilat Komitəsinin ikinci iclasının isə həmin il iyunun 25-də Azərbaycanın birinci xanımı, Təşkilat komitəsinin sədri Mehriban Əliyevanın sədrliyi ilə keçirildiyi, bu iclaslarda Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir.
Müəllif Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosu haqqında da məlumat verir. Azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu loqonun alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirdiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin loqonun Azərbaycan xalqının idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətini, ölkənin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirdiyi vurğulanır.